...

Əmək pensiyaları bu il iki dəfə artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2006 12:13 (UTC +04:00)

"Əmək pensiyasının baza məbləği bu il iki dəfə artırılmaqla 40 manat, gələn il isə 70 manata çatdırılacaq". Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

S.Müslümov onu da qeyd edib ki, ölkənin iqtisadiyyatı inkişaf etdikcə, əhalinin sosial qayğıya daha çox ehtiyacı olan hissəsinə verilən pensiya və müavinətlərin məbləği artırılacaq. Bu artım "Əmək pensiyaları haqqında" qanun layihəsində əksini tapıb.

Onu da qeyd edək ki, əmək pensiyalarının artırılması və müasirləşdirilməsi haqqında maddədə deyilir ki, əmək pensiyasının baza hissəsi ildə bir dəfədən az olmamaq şərti ilə müvafiq icra orqanı tərəfindən artırılır.

Xəbər lenti

Xəbər lenti