...

OPEK neft hasilatını azaltmayacaq (ƏLAVƏ OLUNUB-2)

Energetika Materials 27 Noyabr 2014 19:29 (UTC +04:00)
OPEK-in üzv ölkələri bu gün Vyanada keçirilən iclasda sutkalıq neft hasilatı kvotasının saxlanılması barədə qərar qəbul ediblər.
OPEK neft hasilatını azaltmayacaq (ƏLAVƏ OLUNUB-2)

Avstriya, Vyana, 27 noyabr /Trend, xüsusi müxbir Altay Ələsgərov/

OPEK-in üzv ölkələri bu gün Vyanada keçirilən iclasda sutkalıq neft hasilatı kvotasının saxlanılması barədə qərar qəbul ediblər.

Trend-in məlumatına görə, neft hasilatı sutkada 30 milyon barel səviyyəsində qalacaq.

OPEK-in baş katibi Abdullah Salem əl-Bədri deyib ki, dünya bazarında neftin qiyməti hazırda aşağı səviyyədədir, lakin bu o demək deyil ki, təşkilat tələsəcək: "Biz gözləməli və bazarın özünü necə aparmasına baxmalıyıq".

Onun sözlərinə görə, neftin qiyməti bazarın fundamental əsaslarına təsir etmir.

Baş katib qeyd edib ki, OPEK-in Rusiya ilə heç bir əməkdaşlığı yoxdur.

Əl-Bədri əlavə edib ki, təşkilatın neft hasilatı kvotasını dəyişməz saxlaması dünya bazarlarında neftin qiymətinin azalmasına cavabdır: "Sutkada 30 milyon barel səviyyəsində hasilat kvotası 2015-ci ilin I yarısınadək saxlanılacaq".

Qeyd edək ki, OPEK-in üzv ölkələri dünya neft tədarüklərinin təqribən 40 faizinə nəzarət edir. OPEK sonuncu dəfə hasilat və ixrac həcmini 2008-ci ildə azaltmışdı. Həmin vaxt qlobal maliyyə böhranı müşahidə olunurdu və dünyada 1 barel neftin qiyməti 147,27 dollardan 32 dollaradək düşmüşdü. Təşkilat həmin il neft hasilatını sutkada 4,2 milyon barelədək azaltmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti