...

Türkiyə neftin qiymətlərinin düşməsindən qazanır

Energetika Materials 18 Dekabr 2014 13:31 (UTC +04:00)
Türkiyə neftin qiymətlərinin düşməsindən hər il 32,6 milyon dollar qazanır.
Türkiyə neftin qiymətlərinin düşməsindən qazanır

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Emil İsmayılov/

Türkiyə neftin qiymətlərinin düşməsindən hər il 32,6 milyon dollar qazanır. Trend xəbər verir ki, bu barədə cümə axşamı "Haber7" telekanalı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əgər neftin qiymətləri hazırkı səviyyədə qalarsa, Türkiyə hər il məzənnə fərqinə görə 11,9 milyard dollar qazana bilər.

Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatına görə, 2013-cü ildə neft emalı zavodlarının tələbatının təmin olunması üçün ölkəyə 18,55 milyon ton neft idxal edilib, 2,09 milyon ton isə daxili istehsal hesabına təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti