...

Azərbaycan digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırdır - nazir

Energetika Materials 17 Aprel 2016 03:05 (UTC +04:00)
Dohada aprelin 17-də imzalanacağı planlaşdırılan neft hasil edən ölkələrin razılaşması, hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə "dondurulmasını" nəzərdə tutur.
Azərbaycan digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırdır - nazir

Bakı. Trend:

Dohada aprelin 17-də imzalanacağı planlaşdırılan neft hasil edən ölkələrin razılaşması, hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə "dondurulmasını" nəzərdə tutur.

Trend-in məlumatında görə, bunu TASS-a Azərbaycan energetika naziri Natiq Əliyev deyib.

O bildirib ki, Azərbaycan digər hasilatçı ölkələrlə Dohada razılaşmanı imzalamağa hazırdır.

Energetika naziri deyib ki, neftin qiyməti razılaşma imzalandıqdan sonra 2016-ci ilin axırına $50-a çatacaq: "Qiymət nə qədər yüksək olsa, o qədər yaxşı. Amma biz hesab edirik ki bu ilin axırına kimi qiymət $50-a kimi qalxacaq, gələn ildə isə bizimçün münasib səviyyə bir barel üçün $60 olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti