Bakı. Maksim Tsurkov - Trend:
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də 48,48 dollar/barel təşkil edib ki, bu da iyulun 19-na olan göstəricidən 0,15 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də 47,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 20-də 44,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 20-də 45,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.