Bakı. Trend:
“Astara” Elektrik Stansiyasında (ES) iyul ayında 12,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Stansiya fəaliyyətə başladığı dövrdən indiyə kimi, o cümlədən bu ilin 7 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. İlin ilk 7 ayı ərzində stansiyada 98,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, ümumi gücü 87 MVt olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.