...

Sabah bu ərazilərdə qaz olmayacaq

Energetika Materials 24 Noyabr 2016 17:30 (UTC +04:00)
Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah bu ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti