...

“Azəriqaz” “ASAN” xidmət vasitəsilə 120 minə yaxın istehlakçıya xidmət edib

Energetika Materials 11 Yanvar 2017 12:18 (UTC +04:00)
“Azəriqaz” İB “ASAN” xidmət vasitəsilə 119 537 istehlakçıya xidmət edib.
“Azəriqaz” “ASAN” xidmət vasitəsilə 120 minə yaxın istehlakçıya xidmət edib

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi “ASAN” xidmət vasitəsilə 119 537 istehlakçıya xidmət edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2016-cı il ərzində ölkə ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

2016-cı il ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 119 537 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti