...

I RÜBDƏ NEFT-QAZ ŞİRKƏTLƏRİ AZƏRBAYCANDAN TƏXMİNƏN $330 MLN VƏSAİT ÇIXARIB

Energetika Materials 28 İyun 2005 14:22 (UTC +04:00)

2005-ci ilin birinci rübü üzrə neft-qaz şirkətləri Azərbaycandan $331,209 mln mənfəət götürüb. Digər sahələrdə isə bu göstərici $0,972 mln təşkil edir. Trend agentliyinin məlumatına görə, ödəmə balansına əsasən, 2005-ci ilin birinci rübündə neft-qaz sahəsindən xaricə çıxarılan vəsaitin həcmi $197,8 mln, ötən il isə $1154,397 mln təşkil edib.

Cari ilin birinci rübündə neft-qaz sahəsinə birbaşa qoyuluşlar $862,6 mln olub (digər sahələrə $30,6). 2004-cü ilin birinci rübü ilə müqayisədə ($1065,4 mln) neft-qaz sahəsinə qoyulan investisiyaların enməsi 19,04% təşkil edib. 2005-ci ilin birinci rübündə xarici investisiyaların ümumi həcmi $893,2 mln olub (ötən ilin analoji müddəti ilə müqayisədə $1085,5 mln). Onun 269,2 mln dolları kredit şəklində cəlb olunub ( ötən ilin analoji müddəti ilə müqayisədə $44,3 mln). Lakin yalnız $39,3 mln kredit dövlət zəmanəti alıb (2004-cü ilin birinci rübü ilə müqayisədə $44,3 mln).

2005-ci ilin birinci rübü üzrə neft-qaz sahəsinə qoyulan investisiyanın xalis profisiti $424,735 mln təşkil edib (2004-cü il üzrə $915,3 mln).

Azərbaycanın ödəniş balansına əsasən 2005-ci ilin birinci rübündə ölkədən $999,7 mln neft və neft məhsulu ixrac olunub. Karbohidrotların ümumi ixracından əldə olunan vəsait $848,7 mln təşkil edib. Əsas ixracatçı qismində ABƏŞ konsorsiumu ($644,8 mln) çıxış edib. Bu müddət ərzində AR DNŞ $203,9 mln məbləğində neft ixrac edib ki, bu da ötən ilki göstəricidən $98,9 mln çoxdur.

Neft və neft məhsullarının ümumi ixracı artıq ötən il üzrə mədaxilin ($3096,5 mln) 32,28%, xam neftin satışı - ($2393,1 mln) 35,46%, ABƏŞ-in ixracı - ($1459,1 mln) 44,19%, Azərbaycanın gəliri - ($320,1 mln) 34,8%, AR DNŞ-in ixracı - ($613,9 mln) 33,2% -nə bərabərdir.

Xəbər lenti

Xəbər lenti