...

AZƏRBAYCAN AVROPA-ASİYA ENERJİ DƏHLİZİNİN BİR HİSSƏSİ OLA BİLƏCƏK LAYİHƏNİ HƏYATA KEÇİRMƏYİ PLANLAŞDIRIR

Energetika Materials 19 İyul 2005 13:09 (UTC +04:00)

Azərbaycan Avropa-Asiya enerji dəhlizinin yaradılmasını nəzərdə tutan iri dövlətlərarası layihənin bir hissəsi ola biləcək yeni enerji layihəsini həyata keçirmək niyyətindədir.

KfW Almaniya yenidənqurma bankının Bakı nümayəndəliyindən Trend agentliyinə verilən məlumata görə, layihədə Goranboy-İmişli enerji xəttinin yaradılması nəzərdə tutulur. Hazırda KfW məsləhətçisi tərəfindən bu layihənin həyata keçirilməsi imkanları və perspektiv effektliyinə dair hesabat hazırlanıb.

Öz növbəsində, Azərenerji şirkəti layihənin texniki-iqtisadi əsaslarını hazırlayıb, lakin onun dəyəri KfW-in təyin etdiyi qiymətdən fərqləndiyindən, layihənin büdcəsi hələlik dəqiq müəyyən olunmayıb.

Həmçinin ehtimal olunur ki, layihənin həyata keçirilməsi İran və Azərbaycan arasında enerji axınının, elektrik enerjisi axınının effektlivliyinin artmasına, Naxçıvan və Cənub bölgələrinin elektrik enerjisilə təmin olunmalarına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti