...

SCP-İN BİRİNCİ SEKSİYASI AZƏRBAYCANDA UĞURLA HİROTESTLƏŞDİRİLİB

Energetika Materials 9 Avqust 2005 16:58 (UTC +04:00)

Cənubi Qafqaz boru kəmərinin (SCP) inşası gedişində boruların qaynaq edilməsi prosesi 76% başa çatıb. Beləliklə 690 km uzunluqlu borunun 530 km-i qaynaqlanıb. Trend in məlumatına görə, iyulda Azərbaycanda SCP boru kəməri uğurla hidrotestləşdirilib.

SCP Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə eyni dəhlizdə Gürcüstan-Türkiyə sərhədinə qədər inşa edilir. Boru kəməri ilə "Şah-Dəniz" yatağından Gürcüstan və Türkiyəyə ildə 7,3 mlrd m3 qazın ixrac edilməsi nəzərdə tutulub.

Hazırda SCP-nin inşası cədvəl üzrə davam edir. Boruda işlər ilin sonuna qədər başa çatacaq. İlk qaz əməliyyatlarına 2006-cı ildə başlamaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti