...

AZƏRBAYCANIN SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİ 2006-CI İLİN YANACAQ ENERGETİKA BALANSI STRUKTURUNU İŞLƏYİB-HAZIRLAYIB

Energetika Materials 21 Sentyabr 2005 17:23 (UTC +04:00)

Azərbaycanın sənaye və energetika nazirliyi (SEN) 2006-cı ilin yanacaq energetika balansı strukturunu işləyib-hazırlayıb.Barədə Trend ə nazirlikdə bildirilib. SEN nümayəndəsinin sözlərinə görə, YEK balansı gələn il 2005-ci ildən fərqlənməyəcək. "ARDNŞ-nin yataqlarında neft hasilatının və Rusiyadan qaz idxalının hazırkı həcmini saxlamaq nəzərdə tutulur.

Cari ildən fərqli olaraq qaz hasilatının artırılması nəzərdə tutulur, amma hazırda artırılma həcmi dəqiqləşdirilir.Sənəddə həmçinin Azərkimya DŞ-nin qaza və nafta olan tələbatı öz əksini tapacaq" -deyə nazirlikdə bildirilib.

YEK balansına 2006-cı ildə ABƏŞ tərəfindən neft və səmt qazının əlavə həcminin daxil edilməsi nəzərdə tutulmur.

Nazirlik yaxın zamanlarda sənəd üzərində işi başa çatdırmaq niyyətindədir.YEK balansının oktyabrda Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.Bununla yanaşı, nazirlik tərəfindən növbəti 3 il üçün YEK balansı işlənib-hazırlanır. Cari ildə ARDNŞ 8,75 mln. ton neft və 4,2 mlrd. m3 qaz hasil etmək niyyətindədir. Qaz idxalının həcmi 4,5 mlrd. m3 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti