Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə beynəlxalq konsaltinq qrupunun (EİTİ) ikinci iclası Vaşinqtonda keçiriləcək. EİTİ-nin həyata keçirilməsi üzrə Komissiyadan Trend ə verilən xəbərə görə, iclasın keçirilmə tarixi oktyabrın 21-nə təyin olunub. Tədbirdə Komissiyanın rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifovun iştirakı nəzərdə tutulub.
Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə beynəlxalq konsaltinq qrupunun birinci iclası sentyabrda Londonda keçirilib və bu tədbirdə də AR DNF-in icraçı direktoru Samir Şərifov iştirak edib. Qrupun daha bir iclasının isə aprelin 5-6-da Bakıda keçiriləcəyi planlaşdırılır.