...

YANVAR-AVQUST AYLARINDA AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN NEFT QAZ ÇIXARMA İDARƏLƏRİ TƏXMİNƏN 5,2 MLN TON NEFT HASİL EDİB

Energetika Materials 28 Sentyabr 2005 14:12 (UTC +04:00)

Yanvar-avqust aylarında AR DNŞ-in "Azneft" İB-in balansına daxil olan neft-qaz çıxarma idarələri tərəfindən 5 208 476 ton neft hasil edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,3% azdır. Bu barədə Trend ə AR DNŞ-dən bildirilib. Planla müqayisədə üstəlik hasilat 66216 ton (1,3%-dən artıq) təşkil edib.

AR DNŞ-in məlumatına görə, avqustda NQÇİ 658496 ton neft hasil edib ki, bu da iyul göstəricisindən 3098 ton çoxdur. "28 May" NQÇİ 453,532 min ton, "Neft Daşları" - 69,745 min ton, "N.Nərimanov adına" NQÇİ - 22,645 min ton, "Balaxanıneft" - 21,735 min ton, "Qum adası" - 14,164 min ton, "Abşeronneft" - 14,190 min ton, "Bibiheybətneft" - 10,931 min ton, "Binəqədineft" - 7,483 min ton, "Suraxanıneft" - 19,872 min ton, "Əmirov adına" NQÇİ - 7,421 min ton, "Bulla Dəniz" - 5,477 min ton, "Tağıyev adına" NQÇİ - 5,540 min ton, "Siyəzənneft" - 3,201 min ton, "Muradxanlı" - 2,560 min ton neft hasil edib.

2005-ci ilin yanvar-avqust aylarında AR DNŞ NQÇİ-nin neft hasilaatı üzrə ümumi cədvəli aşağıdakı kimidir:

AR DNŞ NQÇİ

DNŞ NQÇİ

yanvar-avqust 2005 (ton)

2004-cü ilin yanvar-avqust aylarına olan % nisbəti

cü ilin yanvar-avqust aylarına olan % nisbəti

28 May

3671454

98,5

Neft Daşları

aşları

546896

99,9

N.Nərimanov

198175

107,5

Balaxanıneft

alaxanıneft

143947

101,8

Qum Adası

dası

110845

102

Abşeronneft

bşeronneft

110718

101,2

Bibiheybətneft

86865

100,1

Binəqədineft

58828

84,1

Suraxanıneft

uraxanıneft

88591

124,5

Əmirov adına

adına

56581

96,7

Bulla Dəniz

44041

102,9

Tağıyev adına

ağıyev adına

41964

100,4

Siyəzənneft

29151

89,4

Muradxanlı

uradxanlı

20420

100,7

Xəbər lenti

Xəbər lenti