...

İlin sonunadək ARDNŞ və ExxonMobil "Naxçıvan" yatağının işlənib-hazırlanması layihəsi ilə bağlı qərar qəbul edəcək

Energetika Materials 7 Dekabr 2005 19:50 (UTC +04:00)

İlin sonunadək ARDNŞ və ExxonMobil "Naxçıvan" yatağının işlənib-hazırlanması layihəsi ilə bağlı qərar qəbul edilməsi imkanını istisna etmir. Trend bildirir ki, ARDNŞ prezidentinin geologiya və geofizika üzrə birinci müavini Xoşbəxt Yusifzadənin sözlərinə görə, ExxonMobil yataqda ikinci kəşfiyyat quyusunu qazmaq niyyətində deyil və şirkət kompensasiya ödəyəcək.

X.Yusifzadə qeyd edib ki, hazırda kompensasiyanın həcmi müəyyən edilməyib. Amma o, istisna etməyib ki, kompensasiyanın həcmi $70 mln.təşkil edə bilər.

"Yalama" strukturunda (blok D-222) ikinci kəşfiyyat quyusunun qazmasına toxunan ARDNŞ-in vitse-prezidenti deyib ki, Rusiyanın LUKOIL şirkəti burada qazmanı davam etdirəcək. "Hazırda şirkət müxtəlif informasiyalar üzərində işləyir. LUKOIL burada ikinci quyunu qazacaq" -deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti