...

Bakcell-dən ikiqat bonus kampaniyası

Telekommunikasiya Materials 4 Noyabr 2014 19:46 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti növbəti dəfə ikiqat bonus kampaniyasına start verir.
Bakcell-dən ikiqat bonus kampaniyası

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti növbəti dəfə ikiqat bonus kampaniyasına start verir.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2014-cü il 1 noyabr tarixindən 31 yanvar 2015-ci il tarixinə kimi keçiriləcək kampaniya CIN abunəçilərinə ikiqat bonuslar qazandıracaq.

Kampaniyaya qoşulmaq üçün CIN abunəçiləri "*" yazıb 5522 qısa nömrəsinə pulsuz SMS yollamalıdırlar. Bundan sonra abunəçiyə bir ay ərzində istifadə etdiyi balansa uyğun olaraq bonus təklif olunur. İkiqat bonus əldə etmək üçün abunəçi 1 yazıb 5522 qısa nömrəsinə göndərməlidir. Abunəçilər əldə etdikləri bonusları 7 gün ərzində ölkədaxili zənglər və SMS və MMS-lərə sərf edə bilərlər.

Kampaniya haqqında əlavə məlumat almaq üçün 5522 qısa nömrəsinə boş mesaj göndərin və yaxud bu linkdən istifadə edin: http://www.bakcell.com/az/get-doubled-balance

Məqalədə:
Xəbər lenti

Xəbər lenti