...

Azərbaycan "Formula-1" Avropa Qran-prisində davamlı rabitəni təmin edəcək

Telekommunikasiya Materials 26 May 2016 12:50 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisində telekommunikasiya xidmətlərinin fasiləsiz işini təmin etmək üçün işçi qrupu yaradıb.
Azərbaycan "Formula-1" Avropa Qran-prisində davamlı rabitəni təmin edəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisində telekommunikasiya xidmətlərinin fasiləsiz işini təmin etmək üçün işçi qrupu yaradıb.

Trend-in məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "The Business Year" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, "Formula -1" yarışlarında mobil rabitə xidmətləri, məlumatın ötürülüməsi və digər xidmətlərin davamlılığı təmin ediləcək.

Yarışlar, həmçinin internet və "Azerspace-1" telekommunikasiya peyki vasitəsilə yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti