...

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında təmsil olunur

Telekommunikasiya Materials 26 May 2016 16:27 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının işində iştirak edir.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında təmsil olunur

Bakı. Trend:

Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti sessiyası işə başlayıb. Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti sessiyanın işində iştirak edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, BTİ-nin ali idarəetmə orqanı olan Şuranın iyunun 2-dək davam edəcək sessiyasında qurumun gələn il üçün fəaliyyətinin təşkili, həmçinin telekommunikasiya sahəsi üzrə indiyədək qəbul edilmiş qərarların icra vəziyyəti, müasir tendensiyalara cavab verən strategiyaların inkişaf perspektivləri müzakirə olunaraq, qərarlar qəbul ediləcək.

Tədbirin açılış mərasimində Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov da iştirak edib.

Qeyd edək ki, BTİ-nin 193 üzv dövlətindən Azərbaycan da daxil omaqla yalnız 48-i Şuranın üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti