...

DÜNYA BANKI AZƏRBAYCANDA POÇT SİSTEMİNİN İNKİŞAFI ÜÇÜN İLK KREDİT TRANŞINI TƏQDİM EDƏCƏK

Telekommunikasiya Materials 27 İyul 2005 14:27 (UTC +04:00)

Dünya Bankı (DB) oktyabr ayında Azərbaycanda poçt sisteminin inkişafı üçün ilk kredit tranşını təqdim edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyndən Trend ə verilən məlumata görə, tranşın məbləği hələ tam müəyyən edilməyib.

Nazirlikdə belə hesab edirlər ki, vəsait kreditləşmə layihəsindən asılı olaraq mərhələli qaydada təqdim olunacaq. Layihənin Azərpoçt Dövlət müəssisəsi tərəfindən həyata keçirilməsindən sonra o, müvafiq status alaraq maliyyə, bank və digər xidmətlərin həyata keçirilməsi üçün milli ödəmə sisteminə daxil olacaq. Bu layihənin keçirildiyi tədbirlər nəticəsində 1000-ə yaxın yeni iş yerinin açılmasını nəzərdə tutur.

Rabitə Nazirliyindən bildiriblər ki, bu genişləndirilmiş layihə çərçivəsində 5-6 tender keçiriləcək.

Laiyhə Azərbaycanda 2005-2008-ci illərdə telekommunikasiya və rabitə sisteminin inkişafı üzrə dövlət proqramı çərçivəsində həyata keçiriləcək. 3 illik layihənin ümumi məbləği 17,5 milyon dollardır.Dünya Bankının ayırdığı kredit 12,25 milyon dollar təşkil edir, digər hissəni isə Azərbaycan tərəfi (1 milyon dollar Milli Bank və 6 milyon dollar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi) maliyyələşdirəcək.

Xəbər lenti

Xəbər lenti