...

USTDA-nın nümayəndə heyəti rabitə nazirliyi ilə qrant sazişinə əsasən noyabrın sonunda Bakıya gələcək

Telekommunikasiya Materials 29 Oktyabr 2005 13:12 (UTC +04:00)

ABŞ-nın Ticarət və İnkişaf Agentliyi (USTDA- United States Trade and Development Agency) nümayəndə heyəti AR rabitə və informasiya texnologiya nazirliyi ilə təxminən $735 min həcmində qrant sazişi ilə bağlı noyabrın sonunda Azərbaycana səfər edəcək. Nazirlikdə Trend ə bildirilib ki, tədbirlər öncədən müəyyən edilmiş qrafikə əsasən həyata keçiriləcək.

Saziş xüsusilə texnologiyalar, təkrar strukturlaşdırma və təşkilati idarəetmə üzrə məsləhətləşmə xidmətlərini əhatə edir.

"Agentlik nazirliyin hüquqi və maliyyə şöbələri ilə əsasv işlər aparacaq" -deyə dövlət strukturunda qeyd olunub.

Qrant sazişinə əsasən, adıçəkilən tədbirlərin həyata keçirilməsi üçün nazirlik strateji, hüquqi və maliyyə məsələləri üzrə 3 müşavir təsdiq etməlidir.

Müddəti 2006-cı ilin iyulunda başa çatacaq saziş nazirliyin strateji və təşkilati yenidən strukturlaşdırılmasında texniki yardım göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti