...

CeBIT-2006 IT-texnologiyaları beynəlxalq sərgisində Azərbaycanın 10 şirkətinin iştirakı gözlənilir

Telekommunikasiya Materials 13 Fevral 2006 16:22 (UTC +04:00)

Hannoverdə martın 9-dan 15-nə kimi keçiriləcək IT-texnologiyalın yaradılması və tətbiqi sahəsində keçirilən CeBIT-2006 illik beynəlxalq sərgisində 10 yerli şirkətin iştirakı gözlənilir. CeBIT-in təşkilat komitəsinin nümayəndəsi Hərminə Əliyevanın sözlərinə görə, hazırda 6 Azərbaycan şirkətinin: Sinam, Ultra, Aztelekom, Delta Telecom, AtaTexnologiya və Catel-in iştirakı təsdiqlənib.

Onun sözlərinə görə, hazırda sərgidə iştirak etmək üçün daha 4 şirkətlə danışıqlar aparılır. Azərbaycan üçün sərgidə 100 kv.metrlik sahə verilib.

Qeyd edək ki, Azərbaycan 2005-ci ildə ilk dəfə "Rəqəmsal dünyanın həlli üçün" (Solutions for a Digital World) devizi altında keçirilən CeBIT-də iştirak edib və Sinam Ltd şirkəti tərəfindən təmsil olunub.

Dünyanın 60 ölkəsindən 3 mindən artıq şirkətin7 iştirak edəcəyi gözloənilən sərgi 3 tematik bölməyə ayrılıb: sənədlərin dövriyyəsi üzrə proqram məhsulların, müəəsisələrin, heyətin idarə olunması, təhlükəsizliyin təminatı və autsorsinq üzrə biznes proseslər. Sərginin ikinci hissəsi rəqəmsal avadanlışlara və rəqəmsal sistemlərə həsr olunub. Üçüncü tematik bölmə kommunikasiyaların özünü əks etdirir.

Ümumilikdə, 2006-cı ildə CeBIT sərgisinə 650 mindən artıq adamın baş çəkəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti