...

Parlament Azərbaycan və Rusiya arasında salınacaq körpünün tikilməsini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 14:03 (UTC +04:00)
Milli Məclis Azərbaycan və Rusiya arasında imzalanan sazişləri ratifikasiya edib.
Parlament Azərbaycan və Rusiya arasında salınacaq körpünün tikilməsini təsdiqləyib

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir M.Əliyev/

Milli Məclis Azərbaycan və Rusiya arasında imzalanan sazişləri ratifikasiya edib.

Trend-in məlumatına görə, parlamentin payız sessiyasında ilk iclasında "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında", həmçinin "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan - Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında" sazişlər təsdiq olunub.

Qanun layihələrini təqdim edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu sazişlər Azərbaycan və Rusiya arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.

"Azəryolservisin" rəhbəri, millət vəkili Cavid Qurbanov "Samur" -"Yaraq-Qazmalar" buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında" Saziş haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, iki ölkənin sərhədlərinin delimitasyasından sonra Samur çayı üzərində körpünün tikilməsi çox tarixi hadisədir. Əvvələr bu körpünün uzunluğu 260 metrə çatdırdısa, hazırda tikilməsi nəzərdə tutulan yeni körpünün uzunluğunu 326 metrə qədər uzadılması nəzrdə tutulur. Bu körpü 11 aşırımlı olacaq və hər aşırımın hündürlüyü 21 metrə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti