...

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə "İnnovasiyalar Mərkəzi" arasında memorandum imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2014 20:18 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə "İnnovasiyalar Mərkəzi" arasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, memorandum Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev və "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.

Memorandumun əsas məqsədi dövlət və qeyri-dövlət təşkilatlarına standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin göstərilməsi, birgə təlimlərin təşkil edilməsi və bu sahədə proqramın hazırlanması və əlaqələndirilməsidir.

S.Abdullayev qeyd edib ki, muasir tələblərə cavab verən standartların tədbiqi ölkəmizdə innovasiyaların, yeni texnologiyaların və qabaqcıl təcrübənin inkişafda böyük əhəmiyyət kəsb etdiyindən hər iki qurumun potensiallarını birləşdirən müvafiq dövlət və qeyri dövlət təşkilatlarının keyfiyyət infrastrukturu sahəsində xidmətlərin göstərilməsi çox mühim haldır.

K.Aqasi memorandumun innovasiya və standartlaşdırmanı vahid iş çərçivəsində bir araya gətirən mükəmməl bir imkan olduğunu, həmçinin dövlət qurumları və özəl sektorla fəal şəkildə əməkdaşlıq etməyə şərait yaradacağını bildirib.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu elm və texnikanın inkişafına müvafiq olaraq məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi, istehsalda və ticarətdə texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin artırılması və səmərəli iştirakının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

"İnnovasiyalar Mərkəzi" MMC isə informasiya texnologiyalarının (İT), innovativ məsələlərin tətbiqi, texniki tapşırıqların və proqram təminatının hazırlanması, informasiya sistemləri və informasiya ehtiyatlarının yaradılması, xidmətlərin elektron formada təşkili istiqamətində müvafiq texniki tapşırıqların, təlim və treninqlərin təşkili, konsaltinq xidmətlərinin həyata keçirilməsi, tədris-metodiki vəsaitlərin və texnologiyaların hazırlanması ilə bağlı işlərin görülməsi ilə bağlı məsələlərin həllini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti