...

"Best InvestOR" yarışmasının qalibləri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2014 16:07 (UTC +04:00)
Bu gün "InvestAZ" şirkəti "Best InvestOR" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.
"Best InvestOR" yarışmasının qalibləri müəyyən olunub

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bu gün "InvestAZ" şirkəti "Best InvestOR" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.

Ümumi uduş fondu 3500 dollar olan "Best InvestOR" müsabiqəsində Adil Əliyev 31,490.30$ nəticəni sərgiləməklə 1-ci yeri qazanmışdır. Qalibə mükafat qismində 2000$ məbləğində real hesab təqdim olunacaq. Müsabiqədə 2-ci yerin qalibi 19,396.97$ nəticə göstərmiş Ukrayna vətəndaşı Leonid Palamarthukinə 1000$ və 18,081.82 $ nəticə 3-cü yeri tutmuş Fərid Nəcəfova 500$ məbləğində real hesab təqdim olunacaq.

Müsabiqənin şərtlərinə görə, qeydiyyatdan keçən iştirakçılar ödənişsiz olaraq InvestAZ MT4 ticarət platformasını kompüterlərinə yükləyirlər. Ticarət platforması yükləndikdən sonra hər bir iştirakçıya beynəlxalq birjalarda ticarət əməliyyatları həyata keçirmək üçün 3000$ məbləğində TƏLİM hesabı açılır. Neft, qızıl, müxtəlif ölkələrin valyuta və səhmləri ilə ticarət edən iştirakçılar müsabiqənin son gününə kimi TƏLİM hesabının balansında 10.000$-dan çox vəsait toplamalıdırlar. Qeyd olunan məbləği toplamış 3 iştirakçı müsabiqənin qalibi elan olunur.

Növbəti Best "InvestOR" müsabiqəsində iştirak etmək istəyən iştirakçılar http://konkurs.foreks.az/contest/ saytından qeydiyyatdan keçməklə müsabiqəyə qatıla bilərlər.

Qeyd edək ki, "InvestAZ" şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət, eyni zamanda, Türkiyədə tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyniadlı qurumla təmsil olunur. Şirkət Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti