Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 1176 nömrəli quyunun layihə dərinliyi 930, 1174 nömrəli quyunun layihə dərinliyi isə 720 metrdir.
Qeyd edək ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.