Azərbaycan, Bakı, 30 iyul /Trend/
Buzovnada dənizdə batan şəxs xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyin "Buzovna" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 17:25-də başa çatıb.