...

Bakıda avtomobillərdən oğurluq edən dəstənin üzvləri tutulub

Hadisə Materials 16 Sentyabr 2014 11:55 (UTC +04:00)
Bakıda avtomobillərdən oğurluq edən dəstənin 3 üzvü yaxalanıb.
Bakıda avtomobillərdən oğurluq edən dəstənin üzvləri tutulub

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobillərdən oğurluq edən dəstənin 3 üzvü yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də Kaveroçkin küçəsində Rəşad Nəbiyevə məxsus "Hyundai-Sonata" markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulublar.

Araşdrmalar nəticəsində aydın olub ki, onlar sentyabrın 11-i saat 18:30-dan 13-ü saat 16-dək olan müddətdə Azadlıq prospektində İntiqam Hüseynova məxsus "Lexus" və sentyabrın 14-nə keçən gecə Mirqasımov küçəsində Mahir Əsədliyə məxsus "Toyota-Camry" markalı avtomobillərdən pul və müxtəlif əşyalar götürüblər. Bundan başqa onlar sentyabrın 14-nə keçən gecə İ.Qasımov küçəsində Kərim Əbdürəhmanzadəyə məxsus "Peugeot" markalı avtomobildən oğurluğa cəhd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti