...

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh sazişi üzərində işi sürətləndirməyə çağırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2012 16:17 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-14-də regiona səfərləri çərçivəsində Yerevan və Bakıda olduqları zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər.
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh sazişi üzərində işi sürətləndirməyə çağırıblar

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-14-də regiona səfərləri çərçivəsində Yerevan və Bakıda olduqları zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in saytında yerləşdirilən Minsk qrupunun bəyanatında deyilir.

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri tərəflərlə yanvarda Soçidə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın birgə bəyanatında qəbul etdikləri öhdəlikləri necə yerinə yetirmək, o cümlədən hərtərəfli sülh nizamlanması üçün zəmin qismində əsas prinsiplər haqqındakı saziş üzərində işi sürətləndirmək, atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmləri üzərində iş, habelə humanitar əlaqələri hazırlamaq haqqında müzakirəni davam etdiriblər.

Həmsədrlər bu yaxınlarda təmas xətti boyunca baş verən insidentlərlə bağlı narahatlıqlarını ifadə ediblər və tərəfləri təmkinli olmağa və qisasdan çəkinməyə çağırıblar. Həmsədrlər tərəflərin sülh nizamlanmasına nail olmağa sadiq qaldıqlarını təsdiq etmələrini alqışlayıblar.

Həmçinin, həmsədrlər tərəflərlə 1994-cü ildə imzalanan atəşkəs haqqında sazişin möhkəmləndirilməsi və etibarın artırılması üçün hərbi və insanlar arasındakı əlaqələr sahəsində etimad tədbirlərinin inkişafını müzakirə ediblər. Bundan başqa, həmsədrlər yekun və davamlı sülhə nail olmaq üçün davam edən danışıqları nəzərə almaqla, region xalqlarının ümumi irsini qorumaq üçün Azərbaycan və Ermənistan mədəni və tarixi dəyərlərinin qiymətləndirilməsi və mühafizə edilməsinin vacibliyini müzakirə ediblər.

Həmsədrlər yaxın gələcəkdə iki ölkənin xarici işlər nazirləri ilə danışıqları davam etdirmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti