...

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2012 10:42 (UTC +04:00)
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb.
Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 17 may / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, cəbhənin Ağdam rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri, ötən il Ağstafa rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Nurəli Əli oğlu Əliyev yaralanıb.

Yaralı əsgər hospitala yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti