...

Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatdırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2014 00:40 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvar Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər.
Həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatdırlar

Azərbaycan, Bakı, 24 iyul /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər. Trend-in məlumatına görə, bu barədə ATƏT-in press-relizində deyilir.

Həmsədrlər gərginliyin və zorakılığın artması halları, o cümlədən qoşunların təmas xətti boyunca dinc sakinləri qəsdən öldürmək cəhdləri ilə əlaqədar ciddi narahatlıqlarını bildiriblər. Onlar qəti şəkildə tərəfləri qəsəbə və kəndlərin mülki əhalisinə münasibətdə zorakılıq fəaliyyətindən yayınmaq üzrə üzərilərinə məsuliyyət götürməyə səsləyiblər. Diplomatlar xarici işlər nazirlərini atəşkəs rejimi haqqında sazişin şərtlərinə sadiq qalmağa çağırıblar.

Minsk qrupunun həmsədrləri və xarici işlər nazirləri sülh danışıqlarında irəliləyişin əldə olunması üçün Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün əhəmiyyətini qeyd edərək, dövlət başçılarının sammitinin gündəliyindəki mümkün bəndləri də müzakirə ediblər.

Həmsədrlər insanlar arasında mümkün etimad tədbirlərinin yaradılması məsələsinə baxmaqda davam edəcək və bütün bunları tərəflərlə müzakirə edəcəklər. Onlar belə proqramların davamlı sülh üçün zəruri olan etimadın və inamın yaradılmasına kömək edəcəyini düşünürlər.

Həmsədrlər Vyanada Minsk qrupu ölkələrini sülh danışıqlarının vəziyyəti barədə məlumatlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti