Azərbaycan, Bakı, 22 avqust / Trend, müxbir Səbinə Əhmədova/
Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şıxlar və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.