Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Sentyabrın 15-də Serbiyanın Belqrad şəhərində yazıçıların 51-ci Beynəlxalq Belqrad toplantısı işə başlayıb.
Trend-in Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu toplantıda Azərbaycan yazıçıları da iştirak edir.
Toplantı çərçivəsində yazıçılarımız bir sıra serb nəşriyyatları və ədəbi dərgiləri, tərcümə mərkəzləri ilə görüşlər keçirəcək, tədbirə qatılmış digər xalqların söz adamları ilə fikir mübadiləsi aparacaq, konkret layihələr təqdim edəcək, əməkdaşlıq sənədləri imzalayacaqlar.