...

Azərbaycanın daxili işlər naziri vətəndaşları icazəsiz mitinqlərə gəlməməyə çağırıb

Siyasət Materials 31 Mart 2011 17:40 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov vətəndaşları radikal müxalifətin icazəsiz mitinqlərində iştirak etməməyə çağırıb.
Azərbaycanın daxili işlər naziri vətəndaşları icazəsiz mitinqlərə gəlməməyə çağırıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov vətəndaşları radikal müxalifətin icazəsiz mitinqlərində iştirak etməməyə çağırıb.

"Bəri başdan təşkilatçılar bilirlər ki, polis qanunsuz mitinqə gəlməyə, orda müəyyən çıxışlar etməyə imkan verməyəcək və orada qarşıdurma olacaq. Bu, polisə müqavimət kimi qiymətləndiriləcək və hüquqi qiymət veriləcək, cinayət işi qaldırılacaq və bu işin təşkilatçıları da, aktiv iştirakçıları da qanun qarşısında cavab verəcəklər", - Trend-in məlumatına görə, bunu cümə axşamı AzTV-yə açıqlamasında nazir Ramil Usubov bildirib.

Nazir qeyd edib ki, dünyanın bütün sivil dövlətlərində qanunsuz hərəkətlərin qarşısı çox ciddi alınır.

"Biz imkan verə bilmərik ki, Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşamaq arzusuna kimlərsə problem yaratsın, kölgə salsın. Dövlətin kifayət qədər imkanı və gücü var və əsas da odur ki, Azərbaycan vətəndaşlarının bu hərəkətə qarşı böyük etirazı var", - Usubov deyib.

Xəbər lenti

Xəbər lenti