...

Səfirlik: Kaliforniya Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnamə ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir

Siyasət Materials 28 Avqust 2014 13:21 (UTC +04:00)
Kaliforniya Ştatının Senatı tərəfindən Dağliq Qarabağa dair qəbul edilən qətnamə bir qanunvericilik orqanının bildirdiyi rəydir və bu rəy ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir.
Səfirlik: Kaliforniya Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnamə ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir

Azərnaycan, Bakı, 28 avqust / Trend, müxbir Səbinə Əhmədova/

Kaliforniya Ştatının Senatı tərəfindən Dağliq Qarabağa dair qəbul edilən qətnamə bir qanunvericilik orqanının bildirdiyi rəydir və bu rəy ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir. Bunu Trend-in sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən bildirib.

Səfirliyin məlumatında deyilir ki, Birləşmiş Ştatların xarici siyasəti federal hökumat tərəfindən müəyyənləşdirilir: "Ştatlar öz fikirlərini bildirməkdə azaddırlar lakin onların rəyi milli xarici siyasəti təmsil etmir".

Qeyd edək ki, Kaliforniya Ştat Senatını Dağlıq Qarabağa dair AJR 32 saylı qətnamə qəbul edib.

Azərbaycan öz növbəsində Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsinə etiraz edib. Ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu bu məsələ ilə bağlı bəyanatında deyilir ki, bu isə əsl siyasi korrupsiyadır: "Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var.
Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilmiş, onlarla çoxsaylı görüşlər keçirilmiş, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb.

Bir fakt da qeyd edilməlidir ki, bu qətnamə Kaliforniya Qanunvericilik Orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993, 1997 və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilmişdir. Ancaq nə o qətnamələrin, nə də bu qətnamənin hər hansı hüquqi-siyasi önəmi yoxdur. Bunlar yalnlız deklarativ xarakterli kağız parçalarıdır. Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti