...

Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

Siyasət Materials 2 Oktyabr 2014 18:02 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi.

Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə İSESCO-nun yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Forumda iştirak etməkdən məmnunluğunu bildirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO ilə Heydər Əliyev Fondunun birlikdə uğurlu layihələr həyata keçirdiyini dedi. Baş direktor Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESCO-nun irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə də toxunuldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti