...

Bakı "Eurovision" müsabiqəsini möhtəşəm təşkil etdi - France Press

Cəmiyyət Materials 27 May 2012 13:09 (UTC +04:00)
Azərbaycanın paytaxtı Bakı, şübhəsiz, büllur formasında tikilən və lazer tacı ilə əhatələnən "Kristal Zalı"nın səhnəsi ilə birlikdə gözəl şəhərdir.
Bakı "Eurovision" müsabiqəsini möhtəşəm təşkil etdi - France Press

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın paytaxtı Bakı, şübhəsiz, büllur formasında tikilən və lazer tacı ilə əhatələnən "Kristal Zalı"nın səhnəsi ilə birlikdə gözəl şəhərdir. Bu barədə bazar günü Agency France Press (AFP) xəbər verir.

"Əgər kimsə Bakının parıltıya olan sevgisinə şübhə edirsə, üç göydələnin alovun dilləri kimi qalxdığı və onların fasadı vasitəsilə non-stopların "Eurovision-2012" rəmzlərinin və bayraqların təsvirlərinin sayrışdığı başqa tərəfə, geriyə baxmaq kifayət edir. Qala üzərində neon işıqdan tökülmüş neft qülləsi şəklində təsvirlərini heç demirəm", - AFP yazır.

Materialda bildirilir ki, Bakı "Eurovision" müsabiqəsini möhtəşəm təşkil etmişdi.

"Eurovision" müsabiqəsinin loqotipləri avtobuslarda və yeni London taksilərinin üzərində idi. Onlar açıq havada quraşdırılan ekranlarda, bayraqlarda və Dənizkənarı parkda var idi", - AFP xəbər verir.

Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi "Euphoria" mahnısı ilə İsveç təmsilçisi Lorin oldu. Səsvermənin nəticəsinə əsasən, İsveç 372 xal toplayıb.

Trend-in məlumatına görə, 18 ölkədən İsveç təmsilçisinə 12 səs verilib. Bunlar Avstriya, Belçika, Fransa, Böyük Britaniya, Slovakiya, Niderland, İslandiya, Norveç, Estoniya, Danimarka, Latviya, İspaniya, Finlandiya, Almaniya, Rusiya, Macarıstan, İsrail və İrlandiya ölkələridir.

İsveç təmsilçisinə 10 balı Rumıniya, Sloveniya, Kipr, Litva və Serbiya, 8 balı isə Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina ölkəsi verib.

Səsvermə nəticəsində ikinci yeri 259 xalla Rusiya, üçüncü yeri isə 214 xalla Serbiya tutub.

Səbinə Babayevanın "When The Music Dies" mahnısı ilə təmsil etdiyi Azərbaycan 150 balla 4-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti