...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin tərkibində dəyişiklik edilib

Cəmiyyət Materials 11 İyul 2014 17:21 (UTC +04:00)
Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin tərkibində dəyişiklik edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin tərkibində dəyişiklik edilib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin tərkibində dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavinləri Əliyev Firdovsi Şahmirzə oğlu, Quliyev Novruz Məhəmməd oğlu, Hacıyev Rauf Vahid oğlu, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Yaqubov Hafiz Siyavuş oğlu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri Cəlilov Rövşən Adil oğlu, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Hüseynov Xalıqverdi Cəmil oğlu, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Cavadov Vaqif Məhəmməd oğlu, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru İsmayılov Şakir Abli oğlu, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Aslanov Azər Hidayət oğlu, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin rəisi Səttar-zadə Rasim İsrafil oğlu Kollegiyanın üzvləri təyin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti