Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edilib.
Trend Akademiyanın rəsmi saytına istinadən bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
AMEA Rəyasət Heyətinin digər qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub.