...

ARDNŞ: NQÇİ-nin ərazisindəki qəzalı meydançada baş verən uçqun zamanı dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir

Cəmiyyət Materials 23 Oktyabr 2014 17:27 (UTC +04:00)
Oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.
ARDNŞ: NQÇİ-nin ərazisindəki qəzalı meydançada baş verən uçqun zamanı dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 23-də saat 12.00 radələrində "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12:45 radələrində yanğın söndürülüb.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq "Orion-15" və "PSK-52" gəmiləri vasitəsi ilə sahilə gətirilmişdir.

İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti