...

Brüsseldə xüsusi əməliyyat zamanı daha bir nəfər saxlanılıb

Dünya xəbərləri Materials 25 Mart 2016 13:14 (UTC +04:00)
Belçikada polis reydləri zamanı Brüsseldə baş vermiş partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Brüsseldə xüsusi əməliyyat zamanı daha bir nəfər saxlanılıb

Bakı. Trend:

Belçikada polis reydləri zamanı Brüsseldə baş vermiş partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Məlumata görə, həmin şəxs cümə günü səhər saatlarında saxlanılıb.

Daha öncəki gün isə Brüssel terrorunda şübhəli bilinən daha 6 nəfərin saxlanılması barədə məlumat verilmişdi.

Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, 316 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti