...

Parisdə etiraz - bu dəfə polislər aksiya keçirir

Dünya xəbərləri Materials 18 Oktyabr 2016 10:21 (UTC +04:00)
Parisin mərkəzində 500-ə yaxın polis etiraz aksiyası keçirir.
Parisdə etiraz - bu dəfə polislər aksiya keçirir

Bakı. Trend:

Parisin mərkəzində 500-ə yaxın polis etiraz aksiyası keçirir. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, xuliqanlarla qarşıdurma zamanı 1 nəfər polisin xəsarət almasından sonra paytaxt polisləri şəhər mərkəzində etiraz aksiyası keçirməyə qərar veriblər.

Oktyabrın 8-də Viri Şatiyon rayonunda 15 nəfərlik gənclərdən ibarət dəstə ilə polis qüvvələri arasında qarşıdurma baş verib. Səbəb isə həmin ərazidə avtomobil qaçırılması faktlarını yaddaşa yazanyeni quraşdırılmış müşahidə kamerasını polislərin qoruması olub. Yerli gənclər həmin müşahidə kamerasını məhv etmək istəyərkən qarşıdurma yaranıb və 28 yaşlı polis əllərindən və bədəninin yuxarı hissələrindən yanğın xəsarətləri alıb.

Hazırda polisin vəziyyəti ağırdır, Parisin Sen-Lui xəstəxanasında süni komaya salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti