İlk xəbər saat 20:18-də yayılıb
Bakı. Trend:
İraqın paytaxtı Bağdadda ektremistlər tərəfindən quraşdırılmış iki partlayıcı qurğunun işə düşməsi nəticəsində güclü partlayış baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
X X X
20:18
İraqın paytaxtı Bağdadda ektremistlər tərəfindən quraşdırılmış iki partlayıcı qurğunun işə düşməsi nəticəsində güclü partlayış baş verib.
Bu barədə Trend TASS-a istinadən məlumat verir.
Polisin ilkin məlumatına əsasən, Bağdadın şimalında əl-Kariat rayonunda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar var. Dəqiq say hələ bilinmir.