...

Mosul əməliyyatı davam edir: İŞİD liderləri qaçır (VİDEO)

Dünya xəbərləri Materials 20 Oktyabr 2016 12:41 (UTC +04:00)
İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə əməliyyatlar davam edir.
Mosul əməliyyatı davam edir: İŞİD liderləri qaçır (VİDEO)

Bakı. Trend:

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə əməliyyatlar davam edir.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, beynəlxalq koalisiya qüvvələrinin komandanlarından olan ABŞ generalı Qeri Voleski bildirib ki, İŞİD rəhbərlərinin Mosuldan çıxması barədə xəbərlər var. Terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin isə harada olduğu bilinmir.

Bundan başqa, İraqdakı "Peşmərgə" qüvvələri Mosulun Naveran bölgəsində İŞİD-ə məxsus pilotsuz uçuş aparatını vurub.

Səhər saatlarında isə "Peşmərgə" 3 qəsəbəni İŞİD-dən təmizləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti