...

Hindistanda 6 mərtəbəli bina dağılıb - ölən və yaralananlar var

Dünya xəbərləri Materials 9 Dekabr 2016 09:22 (UTC +04:00)
Hindistanda Haydarabad şəhərinin ətrafında altı mərtəbəli binanın dağılması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə ağır xəsarətlər alıb.
Hindistanda 6 mərtəbəli bina dağılıb - ölən və yaralananlar var

Bakı. Trend:

Hindistanda Haydarabad şəhərinin ətrafında altı mərtəbəli binanın dağılması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə ağır xəsarətlər alıb.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, 10 nəfərdən artıq şəxs dağıntılar altında qalıb.

Hadisə ötən gecə baş verib. Dağıntı baş verən ərazidə xilasedicilər işləyir. Dağılan binanın yeni tikildiyi bildirilir. Məlumatlara görə, dağıntı baş verən zaman binada 5 ailənin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti