...

Erkan Özoral: Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik

Dünya xəbərləri Materials 20 Dekabr 2016 18:17 (UTC +04:00)
"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik".
Erkan Özoral: Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik

Bakı. Trend:

"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik".

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat qeyd edib ki, bütün günahkarlar Türkiyə ədalət məhkəməsi qarşısında cavab verəcəklər:

"Türkiyə-Rusiya münasibətlərinin normallaşaraq əvvəlkindən də irəli getməyə başladığı və Moskvada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşünün təşkil ediləcəyi bir dönəmdə bu mənfur hücumun edilməsi düşündürücüdür. Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik".

E.Özoral bildirib ki, bu hücum terrorun ən iyrənc və vəhşi üzünü göstərdi: "Türkiyə Rusiya və bütün digər tərəfdaşları ilə birlikdə terrorizmlə qətiyyətlə mübarizə aparmağa davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti