Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin cənub-şərqində Bitlis vilayətində PKK silahlılarına qarşı keçirilən əməliyyat zamanı iki türk hərbçisi həlak olub. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Daha iki hərbçi isə yaralanıb. Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.
Bitlisdə əməliyyat davam etdirilir.