...

Rusiyanın BMT-dəki daimi nümayəndəsi qəflətən Nyu-Yorkda vəfat edib

Dünya xəbərləri Materials 20 Fevral 2017 21:21 (UTC +04:00)
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin qəflətən Nyu-Yorkda vəfat edib
Rusiyanın BMT-dəki daimi nümayəndəsi qəflətən Nyu-Yorkda vəfat edib

Bakı. Trend:

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin qəflətən Nyu-Yorkda vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Vitaliy Çurkin 65 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib. Rusiya XİN-i diplomatın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Çurkin 1974-cü ildən diplomatik işdə olub. 2006-cı ildən isə o, Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti