Bakı. Trend:
Nyu-Yorkda “Azadlıq” heykəlinin üzərində “Qaçqınlar, xoş gəlmisiniz” yazılmış plakat asılıb. Trend-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Bir neçə saat asılı qalan 6 metr uzunluğunda plakat ərazinin təhlükəsizlik xidməti əməkdaşları tərəfindən çıxardılıb.
Aksiyanın təşkilatçıları bu addımın prezident Donald Trampın qaçqınlarla bağlı imzaladığı sərəncama etiraz olaraq atıldığını bildiriblər.