...

Suriyada partlayış: 45 ölü

Dünya xəbərləri Materials 24 Fevral 2017 12:56 (UTC +04:00)
Suriyada Əl-Bab şəhərinin yaxınlığındakı Sisyan kəndində minalanmış avtomobillə terror aktı törədilib.
Suriyada partlayış: 45 ölü

Bakı. Trend:

Suriyada Əl-Bab şəhərinin yaxınlığındakı Sisyan kəndində minalanmış avtomobillə terror aktı törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 29 nəfər ölüb.

Türkiyənin "İhlas" agentliyi isə 45 mülki şəxsin həlak olduğunu iddia edir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif "Azad Suriya Ordusu" Əl-Babın böyük hissəsinə nəzarəti ələ alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti