...

Körpü uçdu - Avtomobillər dağıntılar altında qaldı

Dünya xəbərləri Materials 9 Mart 2017 19:30 (UTC +04:00)
İtaliyada yol ötürücüsünün uçması nəticəsində azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Körpü uçdu - Avtomobillər dağıntılar altında qaldı

Bakı. Trend:

İtaliyada yol ötürücüsünün uçması nəticəsində azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Trend-in məlumatına görə, insident Ankona vilayətində, Adriatik dənizi sahili boyu uzanan A 14 avtotrasında baş verib.

İlkin məlumata görə, yolötürücüsü uçarkən həmin trasda iki avtomobil dağıntılar altında qalıb. Qəzanın baş vermə səbəbləri məlum deyil.

Hadisə yerinə yol polisi, xilasedicilər və tibbi yardım cəlb olunub.

Yolda hər iki istiqamətdə hərəkət dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti